Sadə dronlarla rusların başına mərmi yağdırdılar - VİDEO

  Sadə dronlarla rusların başına mərmi yağdırdılar -    VİDEO
  24 May 2022    Oxunub:1475
Ukrayna mediası Rusiyalı hərbçilərə qarşı daha bir uğurlu əməliyyat haqqında məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar əməliyyatı əks etdirən videonu da dərc ediblər.
"Ukrayna Ordusunun Xüsusi Əməliyyat Qüvvələri rusları gərginlik altında saxlamağın bir çox yolunu tapıb. Xüsusi dronlara bağlanmış qumbara və minalar mahir operatorların peşəkar əllərində düşmənin kabusuna çevrilib. Yüngül və ucuz döyüş sursatları ilə silahlanmış bu kiçik dronun Severodonetsk ərazisindəki işğalçıların mövqelərində necə böyük çaxnaşma yarada biləcəyini videoda aşkar görmək olur. Hərbçilərimizin verdiyi məlumata görə, hücum nəticəsində dörd rusiyalı sıradan çıxarılıb və onlar plastik torbalarda evlərinə qayıdacaqlar. İşğalçıların ruhdan düşmüş hərbçilərinin təşviş içində mövqelərini tərk etməsini dəfələrlə izləmək olar", - məqalədə yazılıb.


Qeyd edək ki, bu üsul müasir müharibələrdə ilk dəfədir ki, istifadə edilir. Əsgərlər adi kvadrakopterlər və ya kiçik hərbi dronlara əl qumbaraları, hətta kiçik ölçülü minamyot mərmilərini bağlayaraq düşmən mövqelərinin üzərindən onu aşağı buraxırlar. Nəticədə heç bir itki vermədən həm hərbi texnikaları vurur, həm də canlı qüvvəni məhv edirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Dron  





Xəbər lenti