Kanada Kiyevə 20 min NATO mərmisi verəcək

   Kanada Kiyevə    20 min NATO mərmisi    verəcək
  24 May 2022    Oxunub:690
Kanada Ukraynaya yeni hərbi yardım paketi kimi 20 min NATO ordusunda istifadə olunan artilleriya mərmisi verəcək. AzVision.az xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand məlumat verib.
- Mən təsdiq edə bilərəm ki, Kanada 20.000-dən çox NATO standartı olan 155 mm çaplı artilleriya mərmisi alıb, - o, mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Kiyevə təhvil veriləcək bu mərmilər Kanada və müttəfiqlərinin Ukraynaya təhvil verdiyi silahlar, o cümlədən M777 haubitsaları üçün uyğundur.

- Bu yardımın Ukraynaya mümkün qədər tez çatdırılması üçün artıq iş aparılır, - Anand qeyd edib.

Onun sözlərinə görə, Kanada ordusunun zabitləri eyni zamanda ukraynalı həmkarlarına artilleriya qurğuları ilə işləmək üzrə təlimlər keçir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kanada   Ukrayna  





Xəbər lenti