Almaniyada hakim koalisiya Ukraynaya PDM vermək istəmir

   Almaniyada hakim koalisiya    Ukraynaya PDM vermək istəmir
  23 May 2022    Oxunub:985
Almaniya hökuməti və Almaniya Federal Kansleri İdarəsi Ukraynaya Marder piyada döyüş maşınlarının tədarükünə mane olur.
AzVision.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, artıq bir aydır ki, əsas nazirlərin daxil olduğu Federal Təhlükəsizlik Şurası Rheinmetall konserninin istehsal etdiyi 100-ə qədər Marderin ixracı ilə bağlı qərar qəbul etmir.

Qeyd olunub ki, piyada döyüş maşınlarının birinci partiyası altı həftə ərzində, qalanları isə 15 aya qədər müddətə döyüş vəziyyətinə gətirilə bilər. Qəzetin yazdığına görə, hakimiyyət mart ayında Ukraynaya çatdırılmalara icazə versəydi, o zaman Kiyev bu BMP-lərdən artıq istifadə edə bilərdi.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: PDM  





Xəbər lenti