Litva Prezidenti Rusiyadakı səfirin səlahiyyətlərini dayandırdı

Litva Prezidenti Rusiyadakı səfirin səlahiyyətlərini dayandırdı
  23 May 2022    Oxunub:631
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Rusiya Federasiyasındakı səfir Eitvydas Bajarunasın de-yure səlahiyyətlərinin ləğv edilməsi haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Litva dövlət başçısının mətbuat xidməti məlumat yayıb. “Səfirin hökuməti təmsil etmək səlahiyyətlərinə və parlamentin xarici siyasət komitəsinin razılığı ilə iyunun 1-dən xitam verilir”, - deyə məlumatda bildirilir. Konstitusiyaya görə, Prezident hökumətin təklifi ilə Litvanın xarici ölkələrdəki səfirlərini vəzifəyə təyin və vəzifədən azad edir.

Ukrayna hadisələri ilə əlaqədar Litvanın Rusiya Federasiyasındakı səfiri hələ aprel ayında Moskvadan geri çağırılıb və bütün bu müddət ərzində Litvada olub. Özbəkistanda səfir kimi də fəaliyyət göstərib. Mayın 18-də Litva hökuməti ölkə prezidentinə iyunun 1-dən onun səlahiyyətlərinin ləğvi barədə müraciət edib.


AzVision.az



Teqlər: Litva  





Xəbər lenti