Zelenskidən Lavrova: “Faşistlərin dərslərini unudub” |
- İşlədiyim iyirmi illik müddətdə xarici siyasətimizin müxtəlif dönüşlərini müşahidə etməli oldum, lakin mən heç vaxt ölkəmdən və öz işimdən bu ilin 24 fevralında olduğu kimi utanmamışam. Putinin Kiyevə, əslində isə bütün Qərb dünyasına açdığı aqressiv müharibə təkcə Ukrayna xalqına deyil, həm də rus xalqına qarşı bəlkə də ən ağır cinayətdir. Hansılar ki, yağlı Z hərfi ilə ölkəmizdə uğurlu demokratik cəmiyyətin mərhələli şəkildə inkişafına bütün ümidləri itirdilər, - Bondarev deyib.
Onun sözlərinə görə, bu müharibənin təşəbbüskarları yalnız bir şey istəyirlər - əbədi olaraq hakimiyyətdə qalmaq, dəbdəbəli saraylarda yaşamaq, dəbdəbəli yaxtalarda üzmək, tam cəzasız qalmaq. Bondarev Putin rejiminin bunun üçün çoxlu sayda insan həyatını qurban verməyə hazır olduğunu da vurğulayıb.
O ayrıca olaraq yalan və qeyri-peşəkarlıq səviyyəsi ildən-ilə artan Rusiya Xarici İşlər Nazirliyinin işini də tənqid edib. Diplomat qeyd edir ki, son illərdə bu, sadəcə olaraq, fəlakətli miqyas alıb – “özünü aldadan sistem qurulub”.
Tural Tağıyev
AzVision.az