Ukrayna müharibəsində ilk: Yaşlı adamı güllələyən rusa ömürlük iş kəsildi

    Ukrayna müharibəsində ilk:   Yaşlı adamı güllələyən rusa ömürlük iş kəsildi
  23 May 2022    Oxunub:1679
Ukraynada müharibə başlanandan ilk dəfə olaraq Kiyev məhkəməsi rusiyalı hərbçiyə iş kəsib. AzVision.az xəbər verir ki, Moskva vilayəti 4-cü tank Kantemirovskaya diviziyasının bölmə komandiri Vadim Şişimarin 62 yaşlı mülki vətəndaşı qəsdən öldürməkdə ittiham edilib.
Muradov yaralandı, bacısı oğlu isə öldürüldü
"Kiyevin Solomenski Rayon Məhkəməsinin hakimlər kollegiyası məlum cinayət işi ilə bağlı müvafiq qərar qəbul ediblər. Şişimarin cinayət törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cəzanın çəkilmə müddəti martın 1-dən hesablanıb", - yerli saytlar yazıb.

Məlumatda qeyd edilir ki, 21 yaşlı hərbçi fevralın 28-də yolun kənarı ilə velosiped sürən silahsız şəxsi- Sumı rayonunun Çupaxivka kənd sakini, 62 yaşlı Aleksandr Şelixovu bilərəkdən qətlə yetirib. Halbuki yaşlı adam mülki geyimdə olub və ruslar üçün təhlükə yaratmırmış. Hərbçi ukraynalı dinc sakini başından güllələyib.

Hökmdə qeyd olunur ki, təqsirləndirilən şəxsin guya təsadüfən Şelixovu vurması ilə bağlı ifadə verməsinə baxmayaraq, məhkəmə qətlin bilavasitə qəsdən törədildiyi qənaətinə gəlib.

Xüsusən də Şişimarinin ifadəsi zamanı məhkəmədə məlum olub ki, o, əmrə tabe olmaqdan imtina edə və mülki şəxsə atəş açmaya bilərmiş. Çünki hərbçi ona əmr verən şəxsi şəxsən tanımırmış və onun hərbi rütbəsini əks etdirən nişanları da olmayıb.


Qeyd edək ki, Şişimarin Ukraynada müharibə zamanı mülki vətəndaşı öldürdüyünə görə mühakimə olunan ilk rusiyalı hərbçidır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Məhkəmə   Ukrayna   Hərbçi   Rusiya  





Xəbər lenti