İrəvan əlil hərbçiləri İsrailə dini ziyarətə göndərir

 İrəvan əlil hərbçiləri İsrailə dini ziyarətə göndərir
  23 May 2022    Oxunub:1270
Mayın 25-də 44 günlük müharibə zamanı əlil olmuş erməni hərbçilərin ilk qrupu İsrailə yola salınacaq. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Köçəryan məlumat verib.
O, həmçinin qeyd edib ki, hərbçiləri səhiyyə məsələləri üzrə daimi komissiyanın rəhbəri Narek Zeynalyan və onun müavini Lusine Badalyan müşayiət edəcək. Köçəryanın sözlərinə görə, bu təşəbbüs onlar üçün son dərəcə vacib məsələdir. Parlament “Əsgər evi” Reabilitasiya Mərkəzi və Erməni Apostol Kilsəsinin Yerusəlim Yeparxiyası ilə birlikdə onun məlum təşəbbüsün həyata keçirilməsi üçün bütün səy göstərib.

"Deputatlar hərbçiləri müşayiət edirlər, çünki səfəri parlament təşkil edir və bu uşaqlara görə böyük məsuliyyət daşınır. Biz istərdik ki, əlil arabası istifadə edənlərə üstünlük verilsin, lakin bizə dedilər ki, onlara İsraildə çətin olacaq, - Köçəryan deyib.

Qeyd edilir ki, əlillər İsrailə dini ziyarətə gedirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail   Ermənistan  





Xəbər lenti