Rusiya “Azovstal”da təslim olanları mübadilə edə bilər

   Rusiya “Azovstal”da təslim olanları mübadilə edə bilər
  23 May 2022    Oxunub:698
Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko “Azovstal” zavodunda təslim olan ukraynalı hərbi əsirlərin rusiyalı əsgərlərıə dəyişdirilməsi məsələsinin müzakirə oluna biləcəyini istisna etməyib.
“Sağlam düşüncəyə zidd olmayan istənilən ehtimalı qəbul edirəm. Bu məsələ onun səlahiyyətindən kənardır. Yəqin ki, müzakirə olunur”, - nazir müavini əlavə edib.

Mayın 20-də Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Mariupol şəhərinin və “Azovstal” zavodunun nəzarət altına alındığı barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə edib.

“Ümumilikdə isə bu il mayın 16-dan əməliyyat zamanı 2 439 “Azov” üzvü və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu zavodun ərazisində blokadaya alınaraq təslim olublar”, - Konaşenkov deyib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Rusiya   Azovstal  





Xəbər lenti