Muradov İrəvanda hərbi çevrilişin qarşısını alıb?

      Muradov    İrəvanda hərbi çevrilişin qarşısını alıb?
  23 May 2022    Oxunub:1478
Ermənistan mediası Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının keçmiş rəhbəri Rüstəm Muradovla bağlı diqqət çəkən xəbər yayıb. Jurnalist Voskan Sarkisyana istinad edən saytlar yazırlar ki, daxili siyasi proseslərdən məlumatlı şəxs kimi tanınan Voskan Muradovun İrəvandakı siyasi proseslərə təsir etmək imkanı olduğunu iddia edib.
- İnternetdə oxudum ki, Rüstəm Muradov Ukraynada yaralanıb, bacısı oğlu isə öldürülüb. O hələ Qarabağda xidmətdə olarkən maraqlı bir insident yaşanıbmış. Hadisənin şahidi mənə dedi ki, Baş Qərargah rəisi Onik Qasparyan Nikol Paşinyana qarşı çıxan zaman Muradov Baş qərargaha daxil olub. Qorxudan hamı öz otağına çəkilib və Muradov Qasparyana hərbi çevrilişi qəbul etməyəcəklərini deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti