Elbrusda turistləri təxliyə edən 25 xilasedici itib
“Elbrusda 4 turistin təxliyəsini həyata keçirən Fövqəladə Hallar Nazirliyinin 25 nəfərlik xilasedici qrupu ilə əlaqə yoxdur. Hava şəraitinin pisləşməsi ilə əlaqədar qrup parçalanıb. Xilasedicilərin və turistlərin təxmini yeri məlumdur”, - agentliyin həmsöhbəti bildirib.
Belə ki, turistləri təxliyə üçün əraziyə gedən xilasedicilərin helikopteri sıradan çıxıb. Daha sonra xilasedicilər üç qrupa bölünüb. Onların sığınacaqda olacağı ehtimal olunur. Bildirilib ki, hava şəraiti düzələn kimi turistlərin və FHN əməkdaşlarının axtarışına başlanacaq.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: FHN