“Aeroflot” təyyarələrini ehtiyat hissələrinə ayıracaq

 “Aeroflot” təyyarələrini ehtiyat hissələrinə ayıracaq
  23 May 2022    Oxunub:772
Rusiyanın “Aeroflot” aviaşirkəti yaxın gələcəkdə sanksiyalara görə “Boeing” və “Airbus” təyyarələri üçün ehtiyat hissələri çatışmazlığı ilə üzləşəcək.
AzVision.az xəbər verir ki, bu barədə ekspert hesablamalarına istinadən “Bloomberg” məlumat yayıb. Nəşr qeyd edir ki, xaricdən gətirilən modellərin Rusiya istehsalı olan təyyarələrlə əvəzlənməsi qıtlığı kompensasiya edə bilməyəcək. Çatışmazlığı aradan qaldırmaq üçün aviadaşıyıcı təyyarələrini ehtiyat hissələrinə ayırmağa başlaya bilər.

Ekspertlərinin fikrincə, öz təyyarə parkını işlək vəziyyətdə saxlamaq üçün “Aeroflot” sözügedən prosesə üç ərzində başlayacaq. Aviaşirkət ən azı yaxın gələcəkdə “Boeing” və “Airbus” məhsullarını Rusiya istehsalı olan təyyarələrlə əvəz edə bilməyəcək.

Qeyd edək ki, sanksiyalara görə “Aeroflot” nəinki öz təyyarələri üçün ehtiyat hissələri əldə etmək imkanını itirib, həm də xaricə uçuşları kəskin şəkildə azaltmaq məcburiyyətində qalıb.

AzVision.az



Teqlər: Aeroflot  





Xəbər lenti