Əfqanıstanda aparıcılar efirə üzü qapalı çıxdılar - FOTO

   Əfqanıstanda aparıcılar efirə üzü qapalı çıxdılar -    FOTO
  22 May 2022    Oxunub:1818
Əfqanıstanda qadın aparıcılar Taliban administrasiyasının göstərişi ilə efirə üzləri qapalı çıxıblar. Bu təlimat proqrama dəvət olunan qadın qonaqlara da aid edilib.

Qadın aparıcı televiziyada çalışan qadınların müqavimət göstərdiyini, lakin idarəçilərin təzyiqi ilə üzləşdiyini bildirib.
TOLOnews, Ariana Television, Shamshad TV və 1TV kanallarında aparıcılar qapalı efirə çıxmağa məcbur ediliblər.

TOLOnews-un aparıcısı Fəridə Sial BBC-yə bildirib ki, bir neçə saat ərzində ağzı qapalı veriliş aparmaq çox çətindr.

Farida Sial beynəlxalq ictimaiyyəti qadağanın geri götürülməsi üçün Talibana təzyiq göstərməyə çağırıb və "Onlar qadınları ictimai və siyasi həyatdan silmək istəyirlər" deyib.

Taliban dini polisi bu məsələ ilə bağlı qadağanı çərşənbə günü media orqanlarına çatdırıb. Qadağaya tabe olmayanları isə cəza veriləcəyi ilə xəbərdarlıq edib.

TOLOnews-un aparıcısı Sonia Niyazi AFP xəbər agentliyinə qərara tabe olmadıqları təqdirdə işdən çıxarılacaqlarını bildirib.

Qadınlar haqlarının Taliban tərəfindən tamamilə əllərindən alınacağından narahatdırlar.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti