15 ildən sonra ilk: Çavuşoğlu İsrailə gedəcək

      15 ildən sonra ilk:    Çavuşoğlu İsrailə gedəcək
  22 May 2022    Oxunub:1316
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 25-i İsrailə gedəcək. Bu səfər son 15 ildə Türkiyədən İsrailə xarici işlər naziri səviyyəsində ilk səfər olacaq.
M. Çavuşoğlu mayın 25-də israilli həmkarı Yair Lapidlə görüşəcək.

Nazir jurnalistlərin "İsrailə səfir təyin olunacaqmı?'" sualına "İsrailə gedəcəyik. Xarici işlər naziri ilə oturub dəyərləndirəcəyik, sonra qərar verəcəyik",- deyə cavab verib.

Çavuşoğlu İsrail səfərindən əvvəl mayın 24-ü Fələstində danışıqlar aparacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti