SEPAH komandiri avtomobilində öldürüldü

   SEPAH komandiri avtomobilində öldürüldü
  22 May 2022    Oxunub:950
Tehranda İran ordusunun elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan Həsən Sayad Xodayari öldürülüb.
AzVision.az İran mətbuatına istinadən xəbər verir ki, iki nəfər Xodayarinin avtomobilinə yaxınlaşaraq atəş açıblar. Ona beş güllə vurulub və SEPAH üzvü hadisə yerində ölüb.

İran hüquq-mühafizə orqanları hadisəni törədənləri axtarır.

AzVision.az


Teqlər:





Xəbər lenti