Finlandiya və Türkiyə bir-birinin təhlükəsizliyinə sadiq qalacaq - Niinisto

Finlandiya və Türkiyə bir-birinin təhlükəsizliyinə sadiq qalacaq -  Niinisto
  21 May 2022    Oxunub:382
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı NATO müttəfiqi olaraq Finlandiya və Türkiyənin bir-birinin təhlükəsizliyinə sadiq qalacağını və bu yolla əlaqələrimizin daha da güclənəcəyini bildirdim.
AzVision.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö Tvitter hesabında yazıb.

Sıx dialoqun davam etdiyini vurğulayan Niinistö Finlandiyanın terrorizmin bütün forma və təzahürlərini pislədiyini qeyd edib.

AzVision.az

Teqlər: Finlandiya   Türkiyə  







Xəbər lenti