Pul paylayan erməni polkovnik həbs edildi - VİDEO

 Pul paylayan erməni polkovnik həbs edildi -  VİDEO
  21 May 2022    Oxunub:788
Ermənistanda yaranmış xaos fonunda siyasi təqiblər başlayıb. AzVision.az xəbər verir ki, belə bir iddia ilə müxalifətin aparıcı fiqurlarından sayılan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan çıxış edib.
O sübut kimi dostunun evində axtarış aparılmasını göstərib.

- Bir müddət öncə mənə məlum oldu ki, Ermənistan Respublikasının İstintaq Komitəsinin müstəntiqləri dostum Aram Qriqoryanın evində axtarış aparıblar. Aram Milli Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovnik-leytenantıdır. Heç vaxt qanunu pozmayıb, həyatı boyu Ermənistan respublikasına xidmət edib. O, müstəsna vətənpərvər və vicdanlı insandır. Aramı ancaq bir şeydə ittiham etmək olar ki, o, Ermənistanın, "Artsax"ın(Keçmiş qondarma rejim-red.), ermənilərin gələcəyi və təhlükəsizliyi üçün xalqı ilə bərabər gecə-gündüz mübarizə aparır. Hörmətli Aram, mənim sadiq dostum, bilirəm ki, səni heç bir şəkildə qorxutmaq və ya mübarizədən çəkindirmək olmaz və əminəm ki, bütün bunlar bizi daha da gücləndirəcək, - Vanetsyan deyib.

Vanetsyanın dostunun vəkili isə artıq polkovnikin Arabkir polis bölməsinə aparıldığını bəyan edib.

Qeyd edək ki, yerli media Aramın nəzarətə götürülməsini internetdə yayılan bir video ilə əlaqələndirib. Görüntülərdə o vətəndaşlara pul paylayır. Bu "səxavətin" məqsəd və məramı açıqlanmır. Müxalifət isə görüntülərin qışda qeydə alındığını və mitinqlərə aidiyyəti olmadığını iddia edir.

Tural Tağıyev
AzVision.az

Teqlər: Ermənistan  







Xəbər lenti