"Parlamentdə dövlət başçıları güllələnəndə diaspor susurdu" - Babacanyan

   "Parlamentdə dövlət başçıları güllələnəndə diaspor susurdu" -    Babacanyan
  21 May 2022    Oxunub:1154
Erməni siyasətçi, keçmiş deputat Arman Babacanyan diasporu tənqid edib. O, yerli mediaya verdiyi açıqlamada erməni xalqını uzun illər xaricdə təmsil etmiş məşhur diaspor təşkilatlarının əslində xalqın əleyhinə fəaliyyət göstərdiyini deyib.
Babacanyan qeyd edib ki, bəzi diasporun Daşnaksütyuna qoşulub baş nazirin istefasını tələb etməsi absurd bir şeydir.

Onun sözlərinə görə Ermənistan müstəqillik əldə etdiyi andan, öz vətənpərvərlik missiyasını sakit şəkildə yerinə yetirən şəxslər və təşkilatlar istisna olmaqla, diaspor öz varlığını, əsl missiyasını dərk edə bilməyib. Onlar vətənin real ehtiyaclarını dəyərləndirə və üzərilərinə daha mühüm vəzifələr götürə bilməyiblər.

- İlk gündən diaspor Ermənistan xalqının kollektiv iradəsinə hörmət edə bilmədi. Ermənistanın əvvəlki hakimiyyətləri 25 il ərzində bizim, Vətənimizin, məzlumların haqqını tapdaladılar. Ermənistan parlamentində dövlət başçıları güllələnəndə, İrəvanın mərkəzində dinc nümayişçilər öldürüləndə diaspor susdu. Xalqımızın dəstəkləyici diaspora böyük ehtiyacı olanda əcnəbi soydaşlarımız o dövrün kriminal avtoritetlərini ruhlandıran, dəstəkləyən bəyanatlar verirdilər... Axı Ermənistan-diaspor münasibətlərinin məqsədi nədir?Çılpaq bəyanatlar və istefalar yox, konkret məqsədlər, daha doğrusu layihələr səsləndirmək daha obyektiv olmazdımı?, - eks-deputat gileylənib.

O qeyd edib ki, diaspor və ya onun adından çıxış edənlər Ermənistanı modernləşdirməyi qarşılarına məqsəd qoya bilərdilər. Elm, iqtisadiyyat, istehsal və siyasətin funksional zəncirini yaratmaq və inkişaf etdirmək yolu seçə bilərdilər. O həyəcan təbili çalaraq qeyd edib ki, erməni diasporu və Ermənistan dövlətçiliyi yeni dövrün ən ciddi çağırışları ilə üz-üzədir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Diaspor  





Xəbər lenti