Gürcüstanda iki dəfə zəlzələ oldu

Gürcüstanda iki dəfə zəlzələ oldu
  21 May 2022    Oxunub:693
Mayın 21-də səhər saatlarında Gürcüstanın bölgələrində iki dəfə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb. Bildirilib ki, birinci yeraltı təkan Tbilisi vaxtı ilə saat 06:12-də Borjomi şəhəri (Samtsxe Cavaxeti bölgəsi) yaxınlığında qeydə alınıb. Zəlzələnin gücü 3,6 maqnitudadır.

İkinci təkanlar isə saat 08:42-də Kaxeti bölgəsində Dedoplitskaro şəhəri yaxınlığında 3,3 bal gücündə olub. Bundan sonra bir neçə afterşoklar yaşanıb. Dağıntılar və tələfat barədə məlumat yoxdur.

AzVision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti