- Düşünürəm ki, öz "Stalinqradımızı", ruslar üçün "Kursk" döyüşümüzü(tarixin ən geniş əhatəli tank döyüşüdür-red)təşkil edənə qədər müharibə davam edəcək. Mən demirəm ki, Berlinə olduğu kimi Moskvaya da hücum olacaq... Amma Ukraynanın işğalçıları işğal olunmuş ərazilərdən: Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini silah gücünə çıxarmaq üçün hər cür şansı var, - Geraşenko deyib.
Onun sözlərinə görə, Xarkov yaxınlığındakı əks-hücum göstərdi ki, Ukrayna yumruğu ilə tutarlı zərbə vura, rusları üstün qüvvələrlə ərazilərdən sıxışdırıb çıxara bilər.
Tural Tağıyev
AzVision.az