Məcburi evakuasiya- Mariupollular Rusiyaya aparılır - VİDEO

      Məcburi evakuasiya-    Mariupollular Rusiyaya aparılır -    VİDEO
  21 May 2022    Oxunub:362
Rus hərbçiləri Ukraynanın Mariupol bölgəsində yaşayan yerli əhalini Rusiya Federasiyası ərazisinə deportasiya edirlər. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Rus hərbçiləri Zaporojyedən 300 ton taxıl aparıblar
Bildirilir ki, bununla bağlı müvafiq videonu Mariupol merinin müşaviri Petr Andryuşşenko yayıb.

- Mariupol. Biz ilk dəfədir ki, deportasiyanın necə getdiyini görürük", - Andryuşşenko sosial şəbəkələrdə paylaşdığı video haqqında yazıb.

Onun sözlərinə görə, "Metro" mağazası ərazisində avtobuslar bu məqsədlə xidmət göstərirlərr və insanların evakuasiya olunacağı elan edilir.

"Amma evakuasiya edilən sakinlər bir də avtobuslar yola düşəndə elanı eşidirlər ki, onları Novoazovski rayonunun Bezımyannoye ərazisinə aparırlar. Oradan isə Rusiyaya... Rusiya hərbçiləri və rəsmi könüllüləri ərazini tərk etmək və təxliyədən imtina etmək cəhdlərinin qarşısını alırlar", - saytlar Petr Andryuşenkoya istinadən yazıblar.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Rusiya   Ukrayna   Evakuasiya  







Xəbər lenti