Yanacağın bahalaşması Finlandiyada oğurluğun artmasına səbəb olub

   Yanacağın bahalaşması Finlandiyada oğurluğun artmasına səbəb olub
  21 May 2022    Oxunub:889
Finladiyada yanacaq oğurluğu halları artıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
YLE polisdən əldə etdiyi məlumatlara istinad edərək yazır ki, yanacağın qiymətinin yüksəlməsi ölkədə benzin və dizelin oğurlanması hallarının artmasına səbəb olub.

“Bir qayda olaraq, yanacaq iri tikinti sahələrindən, eləcə də kənd təsərrüfatı və ya meşə təsərrüfatı obyektlərindən oğurlanır”, - nəşr yazır.
Məqalədə o da qeyd olunub ki, yük maşınlarından və hətta soyuducu anbarlardan belə benzin oğurlanır.

Qeyd edək ki, Rusiyanın Ukraynada müharibəyə başlayandan sonra Qərb ölkələrinin Moskvaya qarşı sərt iqtisadi tədbirlər görürür. Nəticədə dünyada bir sıra məhsulların qiyməti qalxıb ki, bura yanacaq da daxildir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Finlandiya  





Xəbər lenti