Şimali Koreyada qızdırma 66 nəfərin ölümünə səbəb olub

Şimali Koreyada qızdırma    66 nəfərin    ölümünə səbəb olub
  21 May 2022    Oxunub:1164
Şimali Koreyada son sutkada 219 mindən çox insan xəstələnib. Onlarda daha çox yüksək hərarət qeydə alınıb və bir nəfər ölüb. AzVision.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, Şimali Koreya ölkədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar olaraq "yüksək səviyyəli təcili anti-epidemiya sistemi" işə salıb. Kim Çen Inın göstərişi ilə pandemiyanın dayandırılması və infeksiya mənbəyinin müəyyən edilməsi üçün bütün şəhər və küçələrdə karantin rejimi tətbiq edilib.

Ölkə dünyada pandemiya başlayandan virusa yoluxma halının olmadığını bəyan edib. Lakin bu ilin aprelin ayının sonundan mayın 20-dək qızdırması olan xəstələrin sayı rekord həddə- 2 milyon 460 min nəfərdən çox oldu. Onların 1,76 milyondan çoxunun sağaldığı deyilir. 692 minə yaxın insan isə müalicəsini davam etdirir. Maraqlıdır ki, qızdırması olan xəstələrin dəqiq neçə faizinin məhz COVID-19 xəstəsi olması barədə məlumat verilmir. Məlum xəstəlikdən ölənlərin sayı 66 nəfərdir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qızdırma  





Xəbər lenti