ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardımı təsdiqləyib

   ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardımı təsdiqləyib
  19 May 2022    Oxunub:1017
ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yeni yardım paketini təsdiqləyərək qanun layihəsini imzalanması üçün prezident Co Baydenə göndərib. Daha əvvəl Nümayəndələr Palatasının təsdiq etdiyi təşəbbüsə 100 senatordan 51-i artıq səs verib.
Paketə Ukraynaya hərbi, iqtisadi və humanitar yardımlar, o cümlədən bu və ya digər şəkildə bu ölkədəki vəziyyətlə bağlı müxtəlif ayırmalar daxildir.

Konqres bu məbləği Baydenin əvvəlcə tələb etdiyi 33 milyard dollardan 40 milyard dollara qədər artırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti