Ukrayna Ordusu körpüləri belə partladırmış - VİDEO

   Ukrayna Ordusu körpüləri belə partladırmış -    VİDEO
  19 May 2022    Oxunub:1539
Ukrayna Milli Qvardiyası Luqansk vilayətindəki körpülərdən birinin partladılmasını əks etdirən video yayıb. AzVision.az xəbər verir ki, videoda Ukraynanın təhlükəsizlik qüvvələrinin Luqansk vilayətində rus qoşunlarının irəliləməsini ləngitmək üçün həyata keçirilən birgə xüsusi əməliyyatı əks olunub.
Ukrayna artilleriyaçılarından "zərgər dəqiqliyi" - VİDEO
Xarici KİV yazır ki, tank minalarının üst-üstə yığılaraq körpülərin sıradan çıxarılması üçün istifadə edilməsi diqqət çəkib. Bu onu göstərir ki, Ukrayna ordusu indiyə kimi rusların qarşısını almaq üçün körpüləri belə qeyri-adi üsulla məhv edirmiş.
"The Sun" diqqət çəkən bu əməliyyat barədə məlumatı dərc edərək ukraynalı əsgərlərin uğurlu fəaliyyətini tərifləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Körpü  





Xəbər lenti