Ayaqlarını itirmiş ukraynalıların alt-üst olan həyatı - FOTOLAR

   Ayaqlarını itirmiş ukraynalıların alt-üst olan həyatı -    FOTOLAR
  19 May 2022    Oxunub:1278
Rusiya ordusunun Ukraynada hərbi əməliyyatlara başlaması on minlərlə insanın taleyini dəyişdi. Fevraldan davam edən müharibə zamanı xeyli sayda dinc sakin ölüb. İtkilər bu gün də davam edir.
Əzalarını itirmiş ukraynalılar isə həyatlarını dəyişdirən bu dəhşətli travmalarla barışmağa çalışırlar.

Məsələn, Emilio Morenattinin çəkdiyi bir fotoda Nataşa adlı ana öz övladlarını müşayiət edir. 11 yaşlı Yarik Stepanenko isə əkiz bacısı Yananın əlil arabasını itələyir. Rusiya raketi Yana, Yarik və anası Nataşanı qərbə, ümid etdikləri təhlükəsiz əraziyə doğru gedən yolda yaxalayıb... Raket onlar evakuasiya qatarına minməyi planlaşdıran zaman Kramatorsk dəmiryol stansiyasına düşüb. Yana iki ayağını itirib. Nataşa isə sol ayağını dizindən aşağı itirib. Yarik xəsarət almayıb.
AzVision.az bu kimi acı talelərlə üzləşmiş ukraynalıların fotolarını təqdim edir.











Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Araba  





Xəbər lenti