Ərdoğan: “Finlandiya və İsveç PKK ilə PYD üçün vətəndir”

      Ərdoğan:    “Finlandiya və İsveç PKK ilə PYD üçün vətəndir”
  19 May 2022    Oxunub:901
“Rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya daxil olmasını yenə də dəstəkləməyəcək”.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada türk gənclərinin nümayəndələri ilə görüşündə bildirib.

“Biz dostlarımıza bildirdik ki, Finlandiya və İsveçin NATO-ya üzv olmasına yox deyəcəyik. Biz bunu davam etdirəcəyik. Terror təşkilatlarının NATO-da olmasına icazə verməyəcəyik. Bu ölkələr PKK və PYD (terrorçu PKK-nın Suriyadakı bölməsi) üçün vətəndir”-deyə, o bildirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ərdoğan  





Xəbər lenti