Severodonetsk atəşə tutulub: 4 ölü, 3 yaralı

Severodonetsk atəşə tutulub:    4 ölü, 3 yaralı
  19 May 2022    Oxunub:1134
Rusiya Ukrayna ərazisini növbəti dəfə bombalayıb. AzVision.az xəbər verir ki, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının sədri Sergey Qayday məlumat yayıb.
Bildirilir ki, Severodonetskin atəşə tutulması nəticəsində 4 dinc sakin həlak olub, 3 nəfər isə yaralanıb.

- Ən böyük ziyan Severodonetsk, eləcə də Popasnyanskadakı yaşayış məntəqələrinə dəyib. Xüsusən də, ruslar Popasnyanskada təyyarələrdən fəal şəkildə istifadə ediblər. Severodonetsk isə səhər saatlarından atəşə tutulub. Ən azı səkkiz evə ziyan dəyib, Qayday deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti