Quterreş Çavuşoğlu ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Quterreş Çavuşoğlu ilə Ukraynadakı vəziyyəti müzakirə edib
  18 May 2022    Oxunub:830
BMT baş katibi Antoniu Quterreş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

AzVision.az xəbər verir ki, A.Quterreş Türkiyəyə çoxtərəfliliyə verdiyi dəstəyə və BMT-yə verdiyi töhfəyə görə təşəkkür edib.

Baş katib və xarici işlər naziri, həmçinin Ukraynadakı müharibə və digər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə Suriya, Liviya, Əfqanıstan və Kiprdə baş verən hadisələr müzakirə olunub.


Teqlər:





Xəbər lenti