Yaxın günlərdə Putin Türkiyəyə səfər edəcək - KİV

 Yaxın günlərdə Putin Türkiyəyə səfər edəcək -    KİV
  17 May 2022    Oxunub:2238
Yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gözlənilir. Rusiya lideri türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən Rusiya və Türkiyə arasında ən yüksək səviyyədə işgüzar görüşə dəvət edilib. Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, çərşənbə günü Rusiya baş nazirinin müavini Aleksandr Novakın başçılıq etdiyi nümayəndə heyəti Ankaraya gələcək və Türkiyənin iqtisadiyyatla bağlı qurumları ilə görüşlər keçirəcək.

Nümayəndə heyətinin tərkibindəki iş adamlarının Türkiyənin investisiya imkanlarını dəyərləndirəcəkləri bildirilir.

Bundan əlavə, Novakın rəhbərlik etdiyi nümayəndə heyətinin danışıqlar mövzularından birinin yüklərin daşınması məsələsi olacağı qeyd edilir.

"Ötən il iki ölkə arasında 33 milyard 25 milyon dollar olan ticarət dövriyyəsinin həcmi 2022-ci ildə azalma ilə başlayıb. Nəqliyyat probleminin həlli və ticarətin həcminin artırılması üçün nümayəndə heyətləri arasında qiymətləndirmə işləri aparılacaq", -nəşr qeyd edir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti