Bayden xüsusi təyinatlıları Somaliyə göndərir

Bayden xüsusi təyinatlıları Somaliyə göndərir
  16 May 2022    Oxunub:835
ABŞ prezidenti Cozef Bayden xüsusi əməliyyat qüvvələrinin Somalidə yerləşdirilməsinə icazə verən sərəncam imzalayıb, həmçinin Pentaqonun “Əş-Şəbab” qruplaşmasının bir sıra liderlərinə hücumun mümkünlüyü barədə sorğusunu təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə “The New York Times” Bayden administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Amerika prezidentinin yeni sərəncamları sələfi Donald Trampın Somaliyə doğru müəyyən etdiyi kursu ləğv edir. Əvvəlki prezident 2021-ci ilin yanvarında prezident postunu tərk etməzdən əvvəl 700-ə yaxın ABŞ xüsusi təyinatlısının Somalidən çıxarılması barədə göstəriş vermişdi.

Qəzetin mənbələrinə görə, Somaliyə 450-yə yaxın xüsusi təyinatlı əsgər göndəriləcək. Onlar “Əş-Şəbab”la döyüşməklə yanaşı, Afrika ölkəsinin təhlükəsizlik qüvvələrinə məsləhətçi kimi də fəaliyyət göstərə bilərlər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   Somali  





Xəbər lenti