Rusiya Baltik Dənizi Parlament Konfransından çıxır

   Rusiya Baltik Dənizi Parlament Konfransından çıxır
  16 May 2022    Oxunub:1085
Rusiya Dövlət Dumasının Şurasında deputatlar Rusiyanın Baltik Dənizi Parlament Konfransından çıxması barədə qərar qəbul ediblər. AzVision.az xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib.
“Bu gün Dumanın Şurasında Rusiya Federasiyasının Baltik Dənizi Parlament Konfransından çıxması barədə qərar qəbul edilib.
QDŞK-nın daimi üzvləri Almaniya, Danimarka, İslandiya, Latviya, Litva, Norveç, Polşa, Finlandiya, İsveç və Estoniya. Bu gün bu ölkələrin əksəriyyətinin parlamentariləri ilə nə bu təşkilat formatında, nə də parlamentlərarası kanallar vasitəsilə dialoq yoxdur” - deyə, o bildirib .

Dövlət Dumasının spikeri qeyd edib ki, parlament əlaqələrinin pozulmasına görə məsuliyyət konfransın əsas prinsiplərini pozan və ondan Rusiyaya hücum etmək üçün istifadə edənlərin üzərinə düşür: “Təşkilatın fəaliyyəti həmişə bərabər əsaslarla qurulmuş, qərarlar konsensus əsasında qəbul edilmişdir. Lakin Baltik Dənizi Parlament Konfransı real əməkdaşlığı dayandırdı və iştirakçı ölkələr öz vətəndaşlarının maraqlarını unutdular”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Baltik  





Xəbər lenti