Fransa hökumətinə qadın rəhbərlik edəcək

    Fransa hökumətinə qadın rəhbərlik edəcək
  16 May 2022    Oxunub:623
Fransanın Baş naziri Jan Kasteks istefa verib.
AzVision.az xəbər verir ki, Yelisey Sarayından bildirilib ki, Prezident Emmanuel Makron Baş nazirin istefasını qəbul edib.

Əvvəllər Əmək, Məşğulluq və İnteqrasiya Nazirliyinə rəhbərlik etmiş Elizabet Born Fransanın yeni baş naziri olacaq. Bu barədə BFM telekanalı məlumat yayıb. Born Fransa tarixində baş nazir təyin edilən ikinci qadın olacaq.

Artıq Yelisey sarayı da məlumat yayıb: “Prezident Emmanuel Makron Elizabet Bornu Baş nazir təyin edib və ona yeni hökuməti qurmağı tapşırıb”, - kommünikedə deyilir.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Fransa  







Xəbər lenti