Twitter-də hesabların 20 faizi saxtadır - Mask müqaviləni buna görə dayandırıb

  Twitter-də hesabların 20 faizi saxtadır  - Mask müqaviləni buna görə dayandırıb
  16 May 2022    Oxunub:1119
Twitter saxta və spam hesabların istifadəçilərin 5 faizindən azını təşkil etdiyini açıqlayıb. Lakin İlon Mask bundan şübhələnərək 44 milyard dollarlıq satınalma müqaviləsinin detallar açıqlanana qədər dayandırıldığını deyib.
"SparkToro" ve "Followerwonk" tərəfindən hazırlanan hesabatda aktiv Twitter hesablarının 19,42 faizinin saxta və ya spam olduğu iddia edilib. Bu rəqəm Twitter-in verdiyi rəsmi hesablamadan təxminən dörd dəfə çoxdur. Yeni hesabat Maskın haqlı ola biləcəyini göstərir.

Hesabata görə, 44 058 aktiv hesabdan ibarət təsadüfi verilənlər bazası təhlil edilib və onların 19,42 faizinin saxta və ya spam hesab olduğu üzə çıxıb.

"Sparktoro"nun analizinə görə, 26 milyonu keçən Maskın aktiv izləyicilərinin 23,42 faizi saxta və ya spam hesab ola bilər.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti