"McDonalds" Rusiyada yeni brend altında işləyəcək
Amerika korporasiyasının restoranlarının işlədiyi yerdə başqa bir şəbəkə yaranacaq. Ehtimallara görə, ilk açılış iyun ayında baş tutacaq.
Bundan əvvəl "McDonalds" Rusiya bazarından çıxdığını elan edərək biznesin satışı prosesinə başlamışdı.
Martın əvvəlində şirkət Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada 850 restoranı müvəqqəti bağlayıb və bütün bazar fəaliyyətini dayandırıb. Buna baxmayaraq, şəbəkənin bütün 62 min rusiyalı işçisi maaş almağa davam edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: