Britaniyada dizelin qiyməti rekord həddə çatdı

Britaniyada dizelin qiyməti rekord həddə çatdı
  16 May 2022    Oxunub:1424
Böyük Britaniyada dizelin orta qiyməti bir litr üçün 1,82 funt-sterlinq (2,23 dollar) keçib ki, bu da ölkədə indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.
AzVision.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı sənaye araşdırmalarına istinadən məlumat verib. Qeyd olunub ki, ölkədə benzinin qiymətini artıran amillərdən biri də Rusiya karbohidrogenlərinin idxalı ilə bağlı Qərb ölkələrinin mümkün yeni məhdudlaşdırıcı tədbirləridir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Britaniya  





Xəbər lenti