İrəvanda saxlanılan müxalifətçilərin sayı 32 -yə çatdı |
"Polislərdən biri "Nə oldu? Maşını dəyişin, tez dəyişin" deyib qışqırıb. Mitinq iştirakçısı olmayan və yoldan keçən vətəndaşlar isə cavabında "Axmaqlar, siz insanların həyatı ilə oynayırsınız, alovlanan maşınla xidmət aparmazlar" deyib.
Qeyd edək ki, bu gün müxalifət səhər saatlarında paytaxta yaxın yollarda avtoyürüş təşkil edib. İrəvana daxil olmağı hədəfləyən etirazçılar 4 istiqamətdə yürüş keçiriblər. Artıq bir neçə gündür ki, müxalifət avtomobillərlə etiraz aksiyası keçirir. Bu isə Ermənistan paytaxtının dar küçələrində uzun tıxaclara səbəb olur.
Tural Tağıyev
AzVision.az