Türkiyədə “SAT” imtahan suallarını satan azərbaycanlılar saxlanıldı

   Türkiyədə “SAT” imtahan suallarını satan azərbaycanlılar saxlanıldı
  16 May 2022    Oxunub:1091
Türkiyədə Amerika universitetlərində təhsil almaq istəyən tələbələrin və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələrin verdiyi SAT imtahan suallarını satmaqda şübhəli bilinən 6 şəxs saxlanılıb.
AzVision.az “TRT”yə istinadən xəbər verir ki, suallar Ankarada 2-3 min dollara satılırmış. Ankara prokurorluğu bildirib ki, aparılan araşdırma nəticəsində imtahan sualları Azərbaycandan Cahid və M.N adlı şəxs tərəfindən gətirilib. Əməliyyatlar zamanı Azərbaycan və İran əsilli olan Əfsanə G, Fərnaz H, Fuad K, Ələkbər K, Səid K. və Əli A. saxlanılıblar.

Şübhəlilərin ünvanlarında aparılan axtarış zamanı 11 SAT imtahanına giriş sənədi, 18 SAT imtahan sual kitabçası və çoxsaylı rəqəmsal materiallar aşkar edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: SAT  





Xəbər lenti