Türkiyə Ordusu pilotsuz helikopterlərlə xidmətə keçir

      Türkiyə Ordusu pilotsuz helikopterlərlə xidmətə keçir
  16 May 2022    Oxunub:2003
Türkiyə ordusu bir il ərzində kəşfiyyat, döyüş patrulları, silah və yüklərin çatdırılması üçün istifadə olunacaq ilk dörd pilotsuz helikopter alacaq.
AzVision.az xəbər verir ki, süni intellektə malik ilk belə helikopter yaxın günlərdə ordu tərəfindən terrorla mübarizədə istifadə edilməyə başlanacaq. Bu cür platformalara xüsusilə Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrində, tez-tez terrorçulara qarşı əməliyyatların aparıldığı bölgələrdə tələbat olacaq.

Pilotsuz helikopterin tərtibatçılarının fikrincə, onun adi PUA-lardan üstün cəhətlərindən biri buludların altında uçmaq qabiliyyətidir ki, bu da onu istənilən hava şəraitində istifadə etməyə imkan verir. Pilotsuz helikopter hərbi tapşırıqların həlli ilə yanaşı, meşə yanğınlarının söndürülməsində, kənd təsərrüfatında, mülki obyektlərin mühafizəsində də istifadə edilə bilər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Helikopter  





Xəbər lenti