"Öz polisimiz belə gerbimizi aşağılayır" - Kazaryan

   "Öz polisimiz belə gerbimizi aşağılayır" -    Kazaryan
  14 May 2022    Oxunub:1055
Ermənistan Polisi ölkənin dövlət rəmzlərindən olan gerbə hörmətsizlik nümayiş etdirir. AzVision.az xəbər verir ki, bu fikirləri Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan deyib.
"ABŞ səfiri ölkədən qovulmalıdır" - Kazaryan
Yerli mediaya açıqlama verən Kazaryan qeyd edib ki, adi vətəndaş gerbi tanımasa və ya onu düzgün formada təqdim etməsə bu başa düşülən hal kimi qəbul edilərdi. Amma ölkənin bir nömrəli hüquq-mühafizə orqanlarından sayılan polisin bu cür düşmən mövqe sərgiləməsi anlaşılan deyil.

"Bu, dövlət rəmzi ilə bağlı polisin qanunsuzluğu sayılır. Polisin Baş İnzibati Binasının darvazalarında yerləşdirilmiş Ermənistan Respublikasının dövlət gerbi qanunla müəyyən edilmiş təsvirə uyğun deyil. Gerbimiz gümüş yox, qızılı rəngdədir. Ola bilsin ki, polis yalnız erməni xalqının ən böyük düşməninin(ölkə rəhbərliyi nəzərdə tutulur-red.) qanunsuz sifarişlərini yerinə yetirməkdə daha çox maraqlıdır. Bu sifarişlər onların çoxsaylı qanun pozuntularında çox xırda bir detaldır. Amma dövlət rəmzləri məsələsində heç bir təfərrüata ehtiyac yoxdur. Ya hörmət qoyulur, ya da beləcə aşkar hörmətsizlik edilir, - keçmiş məmur gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis  





Xəbər lenti