Hindistan buğda ixracını dayandırdı

   Hindistan buğda ixracını dayandırdı
  14 May 2022    Oxunub:1220
Hindistan buğda ixracını qadağan etdi və qadağa dərhal qüvvəyə minib. AzVision.az xəbər verir ki, bu barədə Hindistan Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, ixrac Hindistan hökumətinin digər həssas ölkələrin ərzaq təhlükəsizliyi ehtiyaclarını ödəmək icazəsi əsasında bərpa edilə bilər. Bu isə həminr hökumətlərinin müraciəti əsasında baş tutacaq.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra dünyada logistika zəncirlərinin pozulması ilə yanaşı, buğda böhranı da başlayıb. Əsas buğda ixracatçısı sayılan Ukrayna müharibə şəraitində olduğu üçün bəzi ölkələri aclıq və bahalıq gözlədiyi deyilir. BMT bununla bağlı bir neçə dəfə həyəcan təbili çalıb. Rusiya mediası yazır ki, Hindistan da "buğda siyasəti"ni bu səbəbdən sərtləşdirib

Tural Tağıyev
AzVision.az



Teqlər: Hindistan   Buğda  





Xəbər lenti