Keçmiş FTX zabiti dövlətə xəyanətdə ittiham olunub

Keçmiş FTX zabiti dövlətə xəyanətdə ittiham olunub
  13 May 2022    Oxunub:397
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş zabitinin xəyanətkar olması üzə çıxıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi Dmitri Kazakov adlı zabit dövlətə xəyanətdə təqsirli bilib.

Təqsirləndirilən şəxs məxfi məlumatları xarici kəşfiyyat xidmətlərinə ödənişlə ötürməkdə təqsirli bilinib. O, ciddi rejimli koloniyada 13 il müddətinə azadlıqdan məhrum edilib.

Təhlükəsizlik əməkdaşı xidmətdən bildiyi məlumatları açıqlayıb. Onun hərəkətləri Rusiyanın maraqlarına xeyli ziyan vurub.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti