Ermənisayağı aksiya - Mitinqə uşaqlar gedir

   Ermənisayağı aksiya -    Mitinqə uşaqlar gedir
  13 May 2022    Oxunub:1081
Ermənistanda keçirilən etiraz aksiyalarında azyaşlı uşaqlar da iştirak edirlər. AzVision.az xəbər verir ki, yerli media bununla bağlı artıq arzuolunmaz halların meydana çıxdığını yazıb.
İrəvanda aksiya -Polis fəallara güc tətbiq edib - VİDEO
Bildirilir ki, bir tərəfdən uşaqları aksiyaya cəlb edən müxaifət qınanılmalıdırsa, o biri tərəfdən də azyaşlılardan birinə güc tətbiq etmiş polislər də qınaq obyektinə çevrilməlidir.

“Belə uşaqlardan biri artıq jurnalistlərə açıqlama da verib. O deyib ki "Məni döydülər, itələdilər, güc tətbiq etdilər. Bu polis məsuliyyətə cəlb edilməlidir, çünki o, məni incitdi və hədələdi. Azyaşlı media nümayəndələrinə deyib ki, polisin Koryun-Abovyan kəsişməsində sərgilədiyi davranış cavabsız qalmamlıdır, - məqalədə yazılıb.

Xatırladaq ki, bu gün “Gənclərin səsi” hərəkatı universitetlərdə etiraz aksiyaları keçirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya   Azyaşlı  





Xəbər lenti