"Putin Zelenski ilə görüşdən imtina etmir" - Peskov

 "Putin Zelenski ilə görüşdən imtina etmir" -  Peskov
  13 May 2022    Oxunub:327
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenski ilə təkbətək görüşü ehtimalından danışıb. AzVision.az xəbər verir ki, o, Rusiya liderinin bu cür görüşdən imtina etmədiyini deyib.
- Burada mövqe heç bir şəkildə dəyişməyib. Siz Rusiya prezidentinin mövqeyini yaxşı bilirsiniz. Heç kim belə bir görüşün mümkünlüyündən imtina etmir. Amma bu görüş hazırlanmalıdır, - Peskov deyib.

O qeyd edib ki, belə bir mühüm görüşdən öncə xüsusi sənədlər hazırlanmalıdır.

- Bu cür hazırlıq tədbirləri olmadan görüşün keçirilməsi çətin ki, mümkün olsun, - Rusiya prezidentinin mətbuat katibi söyləyib.

Tural Tağıyev
AzVision.az

Teqlər: Putin  







Xəbər lenti