"Konsulluğa hücum edənlərlə bağlı konkret addım gözləyirik"

   "Konsulluğa hücum edənlərlə bağlı konkret addım gözləyirik"
  13 May 2022    Oxunub:702
Xarici İşlər Nazirliyi rəsmi Parisdən Türkiyənin Baş Konsulluğuna silahlı hücumu törədənlərin məsuliyyətə cəlb edilməsini gözləyir. AzVision.az xəbər verir ki bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Fransa bu hücumu törədənlərə qarşı konkret addımlar atmalıdır.

- Onlar cəzalandırılmalıdır, - Çavuşoğlu deyib.

Nazir fikirlərinə onu da əlavə edib ki, hadisə ilə bağlı Fransanın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Xatırladaq ki, Türkiyənin Parisdəki Baş Konsulluğuna əldəqayırma partlayıcılarla hücum edilmişdi. Nəticədə diplomatik nümayəndəliyin divarları və pəncərələri zədələnsə də, xəsarət alan olmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti