İrəvanda aksiya -Polis fəallara güc tətbiq edib - VİDEO

      İrəvanda aksiya    -Polis fəallara güc tətbiq edib -    VİDEO
  13 May 2022    Oxunub:1057
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Bu gün paytaxtda etiraz aksiyalarını davam etdirən müxalifət xeyli sayda gənci də öz mitinqlərinə cəlb etməyi bacarıb.
İrəvanda daha bir polis zorakılığı - VİDEO
AzVision.az xəbər verir ki, “Gəncliyin səsi” hərəkatının fəalları Tibb Universitetinin yaxınlığındakı Abovyan küçəsini bağlayıblar. Əraziyə cəlb edilən polis qüvvələri fəalları saxlayaraq bölmələrə aparıb.

"Etirazçılar yolun kənarında oturaraq məşəl yandırıblar. Sürücülər isə siqnal verməklə onlara dəstək nümayiş etdiriblər. Bir neçə dəqiqə sonra etirazçıların qarşısına çıxan polis əvvəlcə yolun açılmasını tələb edib və müxalifətçilər onların tələbini yerinə yetirmədiyi üçün fəallar saxlanılıb. Saxlanılmayan fəallar yürüş təşkil edib. Lakin hadisə yerinə gələn əlavə polis qüvvələri onları səkiyə çıxarıb", - saytlar yazıb.



Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq   Polis  





Xəbər lenti