İrəvanda silahlı insident: 3 nəfər ağır yaralanıb

   İrəvanda silahlı insident:    3 nəfər ağır yaralanıb
  13 May 2022    Oxunub:268
İrəvanda növbəti dəfə xeyli sayda adamın yaralanması ilə nəticələnən silahlı insident baş verib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın kriminal saytı olan "Shamshyan" məlumat yayıb.
Bildirilir ki, atışma sonrası ən azı 3 nəfər xəstəxanaya yerləşdirilib.

Ermənistanda atışma: Yaralananlar var- VİDEO
"Hadisə ötən gecə Nor-Nork inzibati rayonunda baş verib. Polisə insidentlə bağlı məlumat saat 00:50-də daxil olub. Hadisə yerinə gələn əməliyyatçılar “Porsche Cayenne” markalı avtomobildən atəş açıldığını, avtomobilin ön şüşəsində 11, arxa hissəsinə isə 7 güllə dəydyini aşkar ediblər. Polis iki güllə, 1 patron və daha 20 giliz tapıb, qan izləri də olub. Hadisədən sonra 64 yaşlı Vaçaqan G, Sargis S, habelə 31 yaşlı Andranik B. xəstəxanaya aparılıb. Xəstəxanada həkimlər polisə deyiblər ki, yaralıların heç biri izahat verə bilmir və əməliyyat olunublar", - məqalədə yazılıb. Erməni mediası yazır ki, belə kütləvi silahlı insidentlərin artması cəmiyyətdə həyəcan təbili çalır.

Qeyd edək ki, Ermənistanda kriminogen durum əvvəlki illərlə müqayisədə daha da pisləşib. Yerli media bunun İkinci Qarabağ müharibəsindən sonra Qarabağdan gizli şəkildə ölkəyə silahların gətirilməsi ilə əlaqələndirir.

Xatırladaq ki, bir neçə gün öncə erməni general Xankəndidə gənclərə atəş açmışdı.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   İnsident   Polis  







Xəbər lenti