Qırğızıstan Tacikistanla sərhədyanı kəndlərdən əhalini təxliyə edib

Qırğızıstan Tacikistanla sərhədyanı kəndlərdən əhalini təxliyə edib
  27 Yanvar 2022    Oxunub:831
Qırğızıstanın hakimiyyət orqanları Tacikistanla sərhəd münaqişəsi rayonunda yerləşən kəndlərdən əhalini təxliyə etməyə başlayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"FHN əhalinin təhlükəsiz yerlərə təxliyəsini yerli sakinlərlə birlikdə həyata keçirir”, - məlumatda belə deyilir. Qeyd olunur ki, təxliyə prosesinə mikroavtobuslar, yük maşınları və yolsuzluq avtomobilləri cəlb edilib. Təxliyəsi nəzərdə tutulan insanların sayı açıqlanmır.

Xatırladaq ki, bu gün axşam saatlarında Tacikistan və Qırğızıstan sərhədində iki ölkənin sərhədçiləri arasında atışma olub. Sərhəddə silahlı qarşıdurma Qırğızıstanın Batken və İsfan şəhərlərini birləşdirən yolun Düşənbə tərəfindən birtərəfli qaydada bağlanması fonunda yaranıb. Tacikistan tərəfinin məlumatına görə, insident nəticəsində 17 nəfər yaralanıb, onların hamısı taciklərdir.

Hazırda sərhəd münaqişəsi rayonunda intensiv atışma getdiyi bildirilir.

AzVision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti