Polşa Belarusla sərhəddə 186 kilometrlik hasar tikir

Polşa Belarusla sərhəddə 186 kilometrlik hasar tikir
  25 Yanvar 2022    Oxunub:706
Polşa Belarusla sərhəddə xüsusi hasar çəkməyə başlayıb. AzVision.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi Twitter-də məlumat yayıb.
Polşa Belarusla sərhəddə xüsusi hasar çəkməyə başlayıb. xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi Twitter-də məlumat yayıb.

- Polşa-Belarus sərhədində hasarın tikintisinə başlanılıb. Bu gün Sərhəd Mühafizəsi tikinti sahələrini podratçılara təhvil verib, - məlumatda deyilir.

Hasarların uzunluğu 186 kilometr olacaq. Layihənin dəyəri isə 1,6 milyarda başa gələcək.
- Bu, Sərhəd Mühafizəsinin tarixində ən böyük sərmayədir, - nazirlikdən bildiriblər.

Xatırladaq ki, 2021-ci ilin noyabrında minlərlə miqrant Polşa-Belarus sərhədində toplanıb. Onlardan bəziləri Polşaya girməyə çalışsalar da, geri qaytarılıblar. Polşa hakimiyyəti bu səbəbdən uzun müddətdir ki, hərbçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələrini, eləcə də hərbi texnikanı sərhədə yığıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa   Sərhəd  





Xəbər lenti