İsraildə vətəndaşlara dördüncü doz peyvənd tövsiyə edilib

İsraildə vətəndaşlara dördüncü doz peyvənd tövsiyə edilib
  25 Yanvar 2022    Oxunub:762
İsrailin Pandemiyaya Qarşı Mübarizə Qrupu və Peyvəndlər üzrə Məsləhət Komitəsi ən azı beş ay əvvəl sağalmış və üçüncü dozu almış 18-60 yaş arası vətəndaşlar üçün dördüncü doz koronavirus peyvəndinin vurulmasını tövsiyə edib.
AzVision.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. Bildirilir ki, dördüncü dozu qəbul etdikdən sonra insanın ağır xəstəlikdən 3-5 dəfə, yoluxmadan isə 3 doz qəbul edənlərlə müqayisədə iki dəfə çox qorunduğunu göstərən müsbət məlumatlar əsasında belə qərar verilib. Yoxlamalar dördüncü dozu qəbul edən 400 min insan ilə ən azı dörd ay əvvəl üçüncü dozu qəbul edən 600 min insan arasında aparılıb.

AzVision.az



Teqlər: İsrail  





Xəbər lenti