"NATO ölkələri Ukraynaya qoşun göndərməyə hazır deyil" - Conson

  "NATO ölkələri Ukraynaya qoşun göndərməyə hazır deyil" -    Conson
  25 Yanvar 2022    Oxunub:1117
Böyük Britaniyanın baş naziri Boris Conson "Ukrayna böhranı"ndan danışıb. AzVision.az xəbər verir ki, baş nazir bildirib ki, hazırda elə bir NATO üzvü yoxdur ki, Ukraynaya böyük kontingent göndərməyə hazır olsun.
Consonun sözlərinə görə, vəziyyətin gərginləşəcəyi təqdirdə NATO qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı azdır. Çünki Kiyev alyansın üzvü deyil.

- Bilirəm ki, emosional olaraq çoxları bu fikrə şərikdir. Təbii ki, instinktiv olaraq çoxları Ukraynaya NATO qoşunları şəklində aktiv fiziki dəstək verməyə çağıracaq. Amma deməliyəm ki, bunun yaxın gələcəkdə baş verəcəyini düşünmürəm. Ukrayna NATO-nun üzvü deyil, - Conson parlamentdə çıxışı zamanı bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti